Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Küveytdə qadınlar orduda xidmət edə biləcək

12 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Küveyt Müdafiə Nazirliyi qadınların orduda xidmət etməsinə icazə verib.

Press.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Həməd Cabir Əli əs-Sabah qərar imzalayıb.

Nazir bildirib ki, vüveytli qadınlar bütün sahələrdə, ölkənin keçdiyi ən çətin şərtlərdə və dövrlərdə kişilərlə bərabər hüquqlu olduqlarını sübut edib.

"Buna görə onlara Küveyt Ordusunda xidmət etmə imkanı verməyin vaxtı gəlib" - deyə nazir qeyd edib.

Qeyd olunur ki, erkən mərhələlərdə qadınlar Küveyt ordusunun tibb və köməkçi hissələrində kiçik zabit və mütəxəssis kimi xidmət edə biləcəklər.

Oxşar xəbərlər
OTACI