Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ceyhun Bayramov iraqlı həmkarı ilə görüşdü

12 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının 60 illik yubileyi ilə bağlı Belqradda keçirilən yüksək səviyyəli tədbir çərçivəsində İraq Respublikasının xarici işlər naziri Fuad Hüseyn ilə görüşüb.

Press.az bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Görüşdə nazirlər iki ölkə arasında əlaqələrin genişləndirilməsi, o cümlədən iqtisadi sahədə əməkdaşlıq imkanlarını müzakirə ediblər. Turizm sahəsində əlaqələrin genişləndirilməsi potensialı vurğulanıb.

Nazirlər bölgələrdəki ən son vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Dayanıqlı sülh və təhlükəsizliyin təmin olunması üçün beynəlxalq hüquq prinsiplərinə ciddi riayət edilməsinin vacibliyi vurğulanıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Oxşar xəbərlər
OTACI