Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan idmançısı Dubayda qızıl medal qazanıb

12 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yaşayan Azərbaycanın yeniyetmə idmançısı Qacar Mirzə Dubayda təşkil olunan “Muay Tay Gənclər Çempionatı”nın qızıl medalını qazanıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Report-a verilən məlumata görə, turnirdə ümumilikdə 5 döyüş keçirən 15 yaşlı idmançı bütün görüşlərdə müvəffəqiyyətlə çıxış edərək, rəqiblərinə qalib gəlib.

Qeyd edək ki, Qacar Mirzə 2006-cı il mayın 11-də Bakıda anadan olub. Kiçik yaşlarından idmanın üzgüçülük, güləş və taekvondo növləri ilə məşğul olan idmançı valideynlərinin işi ilə əlaqədar 10 yaşında BƏƏ-yə köçüb. Mirzə orada “Tiger kickboxing” klubuna daxil olaraq, muay tay və kikboksinq idman növləri ilə məşğul olmağa üstünlük verib. Dəfələrlə yarışlarda iştirak edən idmançı 2019-cu ildə kecirilən “Muay Tay Gənclər Çempionatında” gümüş medal qazanıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI