Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Pandemiyadan qazanclı çıxan TAKSİLƏR

12 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Pandemiya dövründə bəzi sahələr iflas etsə də, aralarında xeyir qazananlar da oldu. Gəlir əldə edən sahələrdən biri də taksi fəaliyyətidir. Xüsusilə də həftəsonları ictimai nəqliyyatın fəaliyyət göstərməməsi taksi sürücüləri üçün əsl fürsət yaratmışdı.

Artıq iki həftədir ki, ictimai nəqliyyat həftəsonları fəaliyyətini bərpa edib.

Maraqlıdır bəs, ictimai nəqliyyatın həftəsonları fəaliyyətini bərpa etməsi taksi sürücülərinin gəlirlərinə necə təsir edib? Əvvəlki fəaliyyətlərilə müqayisədə gəlirlərində azalma varmı?

Bu barədə Modern.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, yaxşı tərəfdən baxsaq, bu qadağa taksi sürücülərinə böyük bir imkan idi:

“Pandemiya dövründə qoyulan qadağalar taksi sürücülərinə fayda verib. Müəyyən qaydaları və şərtləri pozaraq, bu işləri görüblər. Yaxşı tərəfdən düşünsək, sərinişinlərin, vətəndaşların tələbatlarını ödədiklərini görərik. Bu sahədə çox böyük boşluqlar var.

Həftəsonu olan qapanmalar müddətində də onlar fəaliyyət göstərib. Mən bunu normal qəbul edirəm, çünki həftəsonu çalışan idarə və müəssisələr var idi. Qanunsuz və ya qanuni yolla taksi sürücüləri fəaliyyət göstərdilər”.

 

E.Muradlının fikrincə, taksi sürücüləri üçün vahid konsepsiya olmalıdır:

“Taksi sürücüləri ilə bağlı vahid konsepsiya olmalıdır, normal sənəd ortaya çıxarılmalıdır. Araşdırsaq, respublika üzrə 50 min taksi sürücüsü fəaliyyət göstərir. Onlardan cəmi 5-6 mini fərqlənmə nişanı alıb. Əgər bu bir xidmət sahəsidirsə, xidmət normal şəkildə göstərilməlidir. Bərbərlər, dərzilər nə etsin? Qanuni şəkildə çalışmaq lazımdır, “mən ailəmə çörək aparıram, başqa işim yoxdur” ifadələri düzgün deyil”.

Ekspertin sözlərinə görə, həftəsonları ictimai nəqliyyatın fəaliyyətə başlaması taksi sürücülərinə təsirsiz ötüşməyib:

“Daşıyıcı şirkətlərin əksəriyyəti ilə ünsiyyətdə oluram, danışıram. Hazırda zərərlə işləyirlər. Yanacağın qiymətinin qalxması da müəyyən təsirlər göstərdi. Yanacağın qiyməti artırılarkən, avtobus daşıyıcı şirkətlərə tələb qoyuldu ki, siz qiymətləri artırmayın. Siz köhnə qiymətlə daşınma edin, dövlət yanacağın artımına görə sizə kompensasiya ödəyəcək. Bir neçə ay keçməsinə baxmayaraq, o kompensasiyalar ödənilməyib”.

Oxşar xəbərlər
OTACI