Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İstanbulda "Qarabağın dünəni, bu günü, sabahı" beynəlxalq simpoziumu işə başlayıb

12 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Oktyabrın 12-də İstanbulda "Qarabağın dünəni, bu günü, sabahı" beynəlxalq simpoziumu öz işinə başlayıb.

Report-un Türkiyə bürosu xəbər verir ki, tədbir Türkiyənin Mərmərə Universitetinin təşkilatçılığı, Türkiyə Araşdırmalar İnstitutu, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Üsküdar rayon bələdiyyəsi və digərlərinin dəstəyi ilə baş tutub.

Simpoziumun açılış mərasimində çıxış edənlər uzun illər davam edən bu münaqişənin tarixə Vətən müharibəsi olaraq yazılan Azərbaycanın İkinci Qarabağ müharibəsi nəticəsində həll olunduğunu bildiriblər.

Bildirilib ki, 44 gün davam edən bu müharibə torpaqlarımızın erməni işğalından azad edilməsi ilə yanaşı, həm də bütün dünya üçün xalqla dövlətin dəmir yumruqla birləşməsinin ən gözəl nümunəsi oldu. Artıq Vətən müharibəsindən sonra Qarabağ münaqişəsinin həlli deyilən bir məsələ qalmayıb. Hazırda bu ərazilərin dirçəldilməsi və bölgədə sülhün bərqərar olması ilə bağlı işlər aparılır.

Çıxışçılar hər zaman olduğu kimi, Vətən müharibəsi dövründə də istər Türkiyə dövləti, istərsə də xalqının daima Azərbaycanın yanında olduğunu xüsusi qeyd ediblər.

İki gün davam edəcək tədbirdə "Üzeyir bəy Hacıbəylinin köşə yazılarında "Qarabağ məsələsi" və ya "Erməni-müsəlman davası", "Qarabağda Alban mədəni mirası və erməniləşdirmə fəaliyyəti", "Erməni sənətçilərin Azərbaycan, Türkiyə və Qarabağ haqqında fikirləri. XVIII-XX əsrlər", "II Qarabağ müharibəsindən əvvəl və sonra üç dəniz hövzəsində qlobal və regional faktorların güc mübarizəsi" kimi bir çox mövzularda panellər təşkil ediləcək.

Tədbirdə Azərbaycanın İstanbuldakı Baş Konsulluğu, Türk Şurasının nümayəndələri, Türkiyənin nüfuzlu elm ocaqlarının professorları, ictimaiyyət nümayəndələri, tələbələr və digərləri iştirak ediblər.

Oxşar xəbərlər
OTACI