Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakının Yasamal rayonunda içməli sudan qanunsuz istifadə halları aşkarlanıb

12 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Azərsu" ASC Prezident İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planına” uyğun olaraq su itkilərinin və israfçılığın qarşısının alınması məqsədilə Bakının Yasamal rayonunda həyata keçirdiyi nəzarət tədbirləri nəticəsində sudan qanunsuz və sayğacdankənar istifadə halları aşkarlayıb.

Bu barədə "Report"a qurumdan bildirilib. 

Məlumata görə, rayon ərazisində sudan ən çox qanunsuz istifadə Məhəmməd Xiyabani küçəsində qeydə alınıb. Buradakı “gecəqondu” tipli kababxanaların böyük əksəriyyəti sudan qanunsuz istifadə edib. Dəfələrlə edilən xəbərdarlıqlara və su təchizatının dayandırılmasına baxmayaraq obyekt sahibləri müxtəlif yollarla sudan qanunsuz istifadəyə çalışırlar.

Rayonun Əsəd Əhmədov küçəsində yerləşən “Yadigar” marketdə sudan uçotsuz və sayğacdankənar istifadə halı aşkarlanıb. Məlum olub ki, sahibkar uzun müddət obyektin su təchizatını binanın arxa həyətindən gizli çəkilmiş qanunsuz su xətti vasitəsi ilə həyata keçirib.

Rayonun Qurban Xəlilov küçəsində yeni tikilməkdə olan beşmərtəbəli yaşayış binasının yaxınlıqdan keçən əhali qrupu xəttinə qeyri-qanuni qoşulduğu aşkarlanıb.

"Sudan uçotsuz və qanunsuz istifadə ilə bağlı aşkarlanmış faktlar üzrə akt tərtib edilib və qanunsuz çəkilmiş su xətləri ləğv olunub. Sudan qanunsuz istifadə edən əhalini və sahibkarkarı bu cür əməllərdən çəkinməyə çağırır və bildiririk ki, belə qanunazidd halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək. Sudan qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanacaq, hüquq-mühafizə orqanlarına müraciət olunacaq. Ümumilikdə cari ilin 9 ayı ərzində sudan qanunsuz istifadə ilə bağlı 183 fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub", - deyə qurum bəyan edib. 

Bu ilin 9 ayında sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” üzrə 12 701, Yasamal rayonu üzrə isə 252 fakt aşkarlanıb. Bu hallar üzrə müvafiq olaraq 3,55 milyon kubmetr və 94 min kubmetr həcmində sərfiyyat bərpa olunub.

Oxşar xəbərlər
OTACI