Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bərdədə avtomobil yolu keçən şəxsi vuraraq öldürüb

12 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bərdə rayonunda yol qəzası olub.

Bu barədə Press.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 12-də saat 1 radələrində rayonun Alpout kəndi ərazisində Qaradırnaq kənd sakini Q.Bayramlı idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən kənd sakini Əvəz Əliyevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Bərdə Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI