First slide

NATO nümayəndəsi Azərbaycana təşəkkür edib

12 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

NATO Müttəfiq Qüvvələrinin Əməliyyat Komandanlığının Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Bülent Turan Azərbaycan Ordusunun hərbi qulluqçularının Əfqanıstandakı “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasına verdiyi töhfəyə görə minnətdarlığını bildirib.

Press.az xəbər verir ki, NATO rəsmisi minnətdarlığını oktyabrın 12-də Bakıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşündə çatdırıb.

O, mövcud hərbi əməkdaşlığın daha da genişləndirilməsinin tərəfdarı olduğunu vurğulayıb.

Görüşdə NATO ilə tərəfdaşlıq çərçivəsində keçirilən birgə tədbirlərə dair fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər
OTACI
OTACI