Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Göygöldə karantin qaydalarını pozan şadlıq evinin rəhbərliyi cərimələnib

12 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Göygöldə karantin qaydalarını pozan şadlıq evinin rəhbərliyi məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Press.az-a verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Belə ki, aparılan yoxlamalar zamanı rayon ərazisində fəaliiyət göstərən “Fərid” şadlıq sarayında təşkil edilən toy mərasimi ilə bağlı məlumatların "icaze.e-gov.az" portalında qeydiyyatdan keçirilməməsi müəyyən olunub.

Həmin obyektin sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4 000 manat məbləğində cərimə olunub.

Oxşar xəbərlər
OTACI