Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Gürcüstanda vaksinasiya tempi aşağı düşüb, beşinci dalğa gözlənilir

12 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Gürcüstanda koronavirusa qarşı sutkalıq vaksinasiya tempinin aşağı olması narahatlıq doğurur”.

Press.az xəbər verir ki, bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze brifinqdə deyib.

Onun sözlərinə görə, tempin artırılmasına nail olunmasa, ölkədə pandemiyanın beşinci dalğası daha çətin olacaq.

Qeyd edək ki, Gürcüstanda ötən sutkada daha 4 774 nəfərin koronavirusa yoluxduğu müəyyən olunub. Bu da sutkalıq yoluxmada antirekord sayılır. Ötən gün 1 623 nəfər sağalaraq evə buraxılıb, 37 pasiyent vəfat edib.

Hazırkı dövrədək Gürcüstanda COVID-19 infeksiyası 640 357 nəfərdə aşkarlanıb. Onların 603 995-i sağalıb, 9 306-sı dünyasını dəyişib.

Oxşar xəbərlər
OTACI