Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda yeni su anbarlarının yaradılmasına başlanılıb

12 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Hazırda Azərbaycandakı 43 aqro parkın 200 min hektara yaxın ərazisi mövcuddur, bunun da 83 min hektarında meliorasiya və su təsərrüfatı işləri aparılıb. Onun isə 60 min hektarı yeni suvarılan sahələrdir”.

Press.az xəbər verir ki, bunu "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədr müavini Rafiq Aslanov Bakıda Almaniya-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə keçirilən və su infrastrukturunun davamlı inkişafına həsr edilmiş “Davamlılıq Forumu 2021” tədbirində bildirib.

Bundan başqa, onun sözlərinə görə, “2020-2022-ci illəri əhatə edən Tədbirlər Planı”na uyğun olaraq, 22 suvarma kanalının yenidən qurulmasına, 10 yeni su anbarlarının yaradılmasına başlanılıb.

Oxşar xəbərlər
OTACI