Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qanunsuz sərnişin daşıyanlara qarşı reydlər başlandı - RƏSMİ

12 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gündən etibarən Daxili İşlər Nazirliyi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə birlikdə qanunsuz sərnişindaşımaya qarşı reydlərə start verib.

Press.az-ın məlumatına görə, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.

O bildirib ki, artıq səhər saatlarından etibarən reydlərə start verilib: "Hazırda Daxili İşlər Nazirliyinin Qaradağ postunda yol polisləri agentlik əməkdaşları ilə birlikdə reydlər keçirir. Tədbirlər 08:00-dan başlanıb. Tədbirlər bu gündən etibarən mütəmadi davam etdiriləcək, qanunsuz sərnişin daşıyanlara qarşı müvafiq tədbirlər görüləcək".

Oxşar xəbərlər
OTACI