First slide

Qəbələdə karantin qaydalarını pozan toy təşkilatçıları cərimələnib

12 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan yoxlamalar zamanı fərdi evlərdə keçirilən toy mərasimlərində karantin qaydalarının pozulduğu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Press.az-a verilən məlumata görə, rayonun Yenikənd, Zalam və Nohurqışlaq kəndlərində yerləşən fərdi evlərin həyətyanı sahələrində təşkil edilən toy məclislərində 150 nəfərdən artıq qonağın iştirak etdiyi, eləcə də bəzilərinin COVID-19 pasportu olmadığı müəyyən edilib.

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar toy təşkilatçıları Allahverdi İsmayılov, Əhmədiyyə Salahov və Etibar İsgəndərov inzibati məsuliyyətə cəlb olunaraq cərimələniblər.

Oxşar xəbərlər
OTACI
OTACI