Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Əli Hüseynli "Müstəqillik Günü haqqında" layihə ilə bağlı iradlara cavab verib

12 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Dünən 28 May - Müstəqillik Günü və 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününün qeyri-iş günü olması ilə bağlı fikirlər səsləndirilib. Burada qanunun mənası nəyisə bərabərləşdirmək deyil. Qanun dəqiqləşdirilir. Bu, qanunun predmeti deyil”.

Press.az-ın xəbərinə görə, bunu Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Müstəqillik Günü haqqında” qanun layihəsininin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, qanunla bağlı Əmək Məcəlləsinə də dəyişiklik ediləcək.

Komitə sədri hesab edir ki, orada dəyişikliklər bayram günü və ya qeyri-iş günü ilə bağlı olmayacaq. O bildirib ki, bu dəyişikliklər texniki xarakter daşıyacaq.

Oxşar xəbərlər
OTACI