Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bir gündə toylara görə 7 nəfər cərimələnib

12 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Oktyabrın 11-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 63 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in mətbuat xidmətindən Press.az-a verilən məlumata görə, monitorinq 57 şadlıq sarayında, 6 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 7 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 1 nəfər barədə materiallar baxılması üçün məhkəməyə göndərilib, 111 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Oxşar xəbərlər
OTACI