First slide

Azərbaycanda kitablar ƏDV-dən azad edilməlidir - Təklif

12 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanda kitablar əlavə dəyər vergisindən (ƏDV) azad edilməlidir.

Press,az-ın məlumatına görə, bu təkliflə Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında çıxış edib.

F.Mustafa bildirib ki, kitabların vergidən azad edilməsi dövlət büdcəsinə elə bir təsir göstərməz.

Deputat vurğulayıb ki, xüsusilə regionlarda kitaba marağı artırmaq lazımdır:

“Bir çox ölkələrdə bu təcrübə var, kitablar vergidən azad edilib. Bu gün Azərbaycanda insanların kitaba marağının artırılmasına böyük ehtiyac var. Kitabları əlavə dəyər vergisindən azad etməklə ölkəmizə kitabların gətirilməsini və nəşr edilməsini stimullaşdıra bilərik”.

Oxşar xəbərlər
OTACI
OTACI