Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ali məktəb “Azərsu” ASC-ni məhkəməyə verdi

12 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı Xoreoqrafiya Akademiyası “Azərsu” ASC-ni məhkəməyə verib.

Press.Az xəbər verir ki, Akademiya Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

İş hakim Zeynəb Axundovanın icraatına verilib. İşin mahiyyəti və məhkəmənin vaxtı barədə detallar hələ ki, açıqlanmayıb.

Qeyd edək ki, Bakı Xoreoqrafiya Akademiyası ölkədə xoreoqrafiya sahəsində ümumi, orta ixtisas və ali təhsil proqramlarını həyata keçirən xüsusi ali məktəbdir.

Oxşar xəbərlər
OTACI