Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nazir polis rəisini sərəncama götürdü

12 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Press.Az-ın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi polis polkovnik-leytenantı Vüqar İsmayılov vəzifəsindən azad edilərək, sərəncama götürülüb.

Onun yerinə isə Bakı Şəhər Baş Polis İdarəsinin rəisinin köməkçisi polis polkovnik-leytenantı Bəkir Qarayev təyin edilib.

Qeyd edək ki, B.Qarayev bundan əvvəl Gəncə Şəhər Baş Polis İdarəsində İstintaq və Təhqiqat İdarəsinin rəisi vəzifəsində çalışıb.

Oxşar xəbərlər
OTACI