First slide

Bu il Bakıda yol qəzalarında 93 piyada ölüb

12 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsi bu il Bakı şəhərində yol-nəqliyyat hadisələrində ölən piyadaların sayını açıqlayıb.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Press.az-a bildirib ki, bu ilin 9 ayı ərzində Bakı şəhəri ərazisində 354 yol qəzası baş verib. Baş verən yol qəzalarında 145 nəfər həlak olub, 284 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ümumi yol qəzalarının 57,1 faizi məhz piyada vurma hallarıdır: "Paytaxt yollarında həlak olanların 93 nəfəri, xəsarət alanların isə 115 nəfəri piyadadır. Piyada vurma halı üzrə 24 fakt bilavasitə məhz piyadanın yol hərəkəti qaydalarını pozduğuna görə baş verib”.

Oxşar xəbərlər
OTACI
OTACI