Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“WhatsApp”da status yazıb intihar edən tələbə ilə bağlı TƏFƏRRÜATLAR - VİDEO

12 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sabirabad rayonunda tələbə intihar edib. Gənc oğlan yaşadığı evin yardımçı tikilisində özünü asıb. Sabirabad Dövlət Sosial İqtisad Kollecinin tələbəsi olan gənc, “WhatsApp” paylaşımında intihar edəcəyi ilə bağlı məlumat da veribmiş.

Press.az-ın "Xəzər Xəbər"ə istinadən məlumatına görə, 17 yaşlı tələbə intihar etməzdən bir neçə dəqiqə öncə “WhatsApp” vasitəsilə status yazaraq paylaşım edib.

Müəmmalı hadisə ötən gün axşam saat 23:00 radələrində Sabirabadın Bulaqlı kəndində baş verib. Kənd sakini Elmir Mirzəzadə özünü asaraq öldürüb.

Elmirin yaxınları və dostları onun hansı səbəbdən intihar etdiyini bilmirlər. Təbiətcə sakit və mülayim olan Elvin 4 bacının tək qardaşı və ailənin sonbeşiyi olub. Atası deyir ki, Elmir sonuncu dəfə axşam yemək yedikdən sonra anasından hamamda suyu qızdırmasını istəyib və başını yuyacağını deyib. Elə ailəsi ilə sonuncu görüşü də bu olub.

Gənc öldükdən sonra onun “WhatsApp” statusunda özünü öldürəcəyi barəsində paylaşım etdiyi məlum olub.

Qeyd edək ki, Elmir Sabirabad Dövlət Sosial İqtisad Kollecinin tələbəsi olub.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI