Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“WhatsApp”dan səsli mesajlarla bağlı yenilik

12 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“WhatsApp” şirkəti messencerlə tez-tez səsli mesaj yollayanlar üçün çox lazımlı bir seçim hazırlayır.

Yeni funksiya səsli mesajlar zamanı fasilə etməyə, sonra başqa rahat bir vaxtda davam etməyə imkan verir. Beləliklə, səsi yenidən yazmağa ehtiyac qalmayacaq.

Bu xüsusiyyət istifadəçilərin hər hansı bir səbəbdən dayandırmaq məcburiyyətində qalan səsli mesajı yenidən yazmaması üçündür.

Fasilə düyməsinə basılmış səs yazısına istənilən vaxt davam etmək mümkündür.

Yeni funksiyanın nə vaxt işə salınacağı açıqlanmayıb.

“WABetaInfo”

Oxşar xəbərlər
OTACI