First slide

DÇ-2022-də qalmaqal – Video

11 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

DÇ-2022-nin İsveçrə - Şimali İrlandiya matçından (2:0) sonra siyasi qalmaqal yaradan hadisə baş verib.

Press.az xəbər verir ki, hadisə İsveçrə komandasının üzvü Cerdan Şakirinin telekanala müsahibə verdiyi zaman baş verib. Bir azarkeş əlində Kosovo Azadlıq Ordusunun emblemi olan kurtkanı Şakiriyə geyindirmək istəyib. 

Qeyd edək ki, Kosovo Azadlıq Ordusu 1990-cı illərdə Kosovanın müstəqilliyi uğrunda mübarizə aparan Albaniyanın hərbiləşdirilmiş bir təşkilatdır. Şakiri 1991-ci ildə Kosovoda doğulub. Kosovonun müstəqilliyini isə Serbiya başda olmaqla bir neçə ölkə tanımır.

Müsahibə zamanı baş verən hadisə ilə bağlı Serbiya Futbol İttifaqı (SFİ) FİFA-ya şikayət edib. “Biz baş verənlərlə əlaqədar dərhal cavab verilməsini, kriminal terrorçu təşkilatın təbliğatını aparan Şakiriyə qarşı ən sərt sanksiyaların qəbul olunmasını tələb edirik” – deyə SFİ-nin baş katibi Yovan Surbatoviç bildirib.

İsveçrə Futbol Federasiyasından isə bildirilib ki, insanların futbol meydanını siyasi təbliğat üçün istifadə etməsi yolverilməzdir: “Şakiriyə gəlincə, o, hadisə zamanı sakitliyini qorudu və buna reaksiya vermədi. Bu epizoda məsul olan şəxs polis tərəfindən dindirilib. Onun stadionlara girişinə qadağa qoyulucaq”.

 

Oxşar xəbərlər
OTACI
OTACI