Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İki müəssisədə nöqsanlar aşkarlandı

11 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Monitorinqlər zamanı 2 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Bu barədə Press.az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Məlumata görə, 2021-ci il oktyabrın 10-da ölkə üzrə 387 ictimai iaşə obyektində 683 monitorinq keçirilib. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Binəqədi ‎rayonu, S. S. Axundov küçəsi 13D ünvanında yerləşən, fiziki şəxs Tahirov Mehdi Məmməd oğluna məxsus kafe;

2. Bakı şəhəri, Nəsimi rayonu, S. Vurğun küç., ev 23 ünvanında yerləşən, fiziki şəxs Qasımzadə Pərşan Niyazi qızına məxsus restoran.

Oxşar xəbərlər
OTACI