Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qarabağ"ın sabiq legioneri: "Azərbaycan millisinin şansı çox azdır"

11 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Əlbəttə, maraqlı oyun olacaq. Matçı izləyəcəyəm. Görüşü səbirsizliklə gözləyirəm. Çünki hər iki komandada dostlarım var".

Press.az-ın məlumatına görə, bunu "Qarabağ"ın sabiq futbolçusu Uroş Matiç Serbiyanın evdə Azərbaycan millisinə qarşı keçirəcəyi 2022-ci il dünya çempionatının seçmə mərhələ oyunu barədə "republika.rs" saytına açıqlamasında deyib.

Serbiyalı yarımmüdafiəçi həmyerlilərinin forvarit olduğunu bildirib: "Bu, heç kimə sirr deyil. Çünki komandamız evdə oynayacaq. Yığma doğma meydandakı matçlarda yaxşı oyun və nəticə göstərir. Azərbaycanda isə bu imkanlar yoxdur. İrlandiyadaya 0-3 hesablı məğlubiyyət yəqin ki, komandaya ağır zərbə vurdu. Amma rəqibin bu qədər zəif olması fikirlərilə razı deyiləm. Düzdür, real baxsaq, Azərbaycanın şansları həqiqətən azdır".

Matçın asan keçməyəcəyini deyən 31 yaşlı oyunçu öz proqnozunu da açıqlayıb: "Azərbaycan millisi Serbiyaya qarşı ənənəvi olaraq yaxşı oynayır. Qoy, hesab 2:1 bizim xeyrimizə olsun".

Uroş Matiç 2019/2020 mövsümündə "Qarabağ"da çıxış edib.

Qeyd edək ki, oktyabrın 12-də oynanılacaq Serbiya - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI