Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Gəncə terrorunda şəhid olanların yaxınlarından TƏSİRLİ SÖZLƏR: O gün anam...

11 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün Vətən Müharibəsi zamanı Gəncənin Ermənistan tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından bir il ötür. 2020-ci ilin oktyabrın 11-də gecə saat 02:00 radələrində Ermənistan ərazisindən Gəncə ballistik raket hücumuna məruz qaldı. Düşmənin çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində dördü qadın olmaqla 10 nəfər şəhid olub, 34 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Həmin hadisədə şəhid olan dörd qadından biri də Cəfərova Dürrə Hilal qızıdır.

D.Cəfərovanın oğlu Vüsal Cəfərov Publika.az-a danışıb, o anları xatırlamasının dəhşətli olduğunu bildirib.

V.Cəfərov qeyd edib ki, ermənilər oktyabrın 11-də Gəncəni hədəf aldığı zaman o, müharibədə olub: “Hadisə baş verən zaman müharibədə idim. Ayın 11-i anam mənim yanıma gələcəkdi, həm mənim üçün, həm də digər döyüşçü yoldaşlarımız üçün qida, geyim gətirəcəkdi. Anam bunun üçün gecədən hazırlıq görürmüş, amam qismət olmadı. Səhər saat 5-ə işləyirdi, mənə zəng gəldi. Atam evimizə raket atıldığını dedi. Qonşularımız rəhmətə getmişdi, onları dedi. Özümə gəldim, sonra anamın rəhmətə getdiyini dedi. Özümü saxlaya bilmədim, icazə alıb Gəncəyə gəldim. Hadisə yerinə getdim, anamın ölümünə inanmırdım, inanmaq istəmirdim. İçimdə bir ümid var idi. Amma gördüm ki, artıq gecdir. Anamı itirdik. Evimiz tamamilə dağıldı. Həmin vaxt evdə üç nəfər olub – atam, anam və dayım. Atam və dayım yüngül xəsarət aldılar, qəlpə anamın bədəninə dolmuşdu, başı yarılmışdı. Biz çox əziyyətlər çəkdik. Həmin gün Allahdan səbr istəyirdim. Allaha şükür etdim, mənim üçün çox çətin idi”.

V.Cəfərov qeyd edir ki, ermənilərin bu vəhşiliyini bütün dünyaya göstərməliyik: “Gəncə terrorunun baş verdiyi yeri muzey kimi saxlamaq çox yaxşı olar. Elə həmin yeri görən, orada nümayiş olunan fotolara baxan hər bir insan ermənilərin nə qədər vəhşi, qəddar və vandal olduğunu görürlər. Onlar körpə, qadın demədən mülki insanları hədəf alıb. Hadisədən çəkilən fotolar elə erməni vəhşiliyini əks etdirir, bu fotoları daim yaymaq lazımdır. Erməni terrorizmi bütün dünyaya nümayiş olunmalıdır”.

Erməni terrorunun daha bir qurbanı Ramiz Bağırovdur. Şəhidin övladlı Yusif Bağırov bildirir ki, terror hadisəsindən bir il keçsə də, ağrımız yenidir, o günü dəhşətlər içərisində xatırlayırıq: “Elə bil ki, bu gündür. Yaramız yenidir, həmin dəhşətli gündən bir il keçməsinə baxmayaraq sanki yeni olub, heç unuda bilmirik. Həmin gün çox pis ağlımda qalıb. Ailəmi itirmişəm, atamı itirmişəm, evimiz darmadağın olub. Bizə ağır zərbə dəyib. O gün yaşadığımız stressdən hələ də çıxa bilmirik. Mən özüm hadisə baş verən zaman evdə deyildim, anam, atam evdə olub. Evimiz tam şəkildə dağıldı. Hər şey göz önündədir, bunları bütün dünya görür. Hər kəs bu qanlı hadisəni hər zaman xatırlamalıdır. Erməni terrorunu bütün dünya görməlidir”.

Oxşar xəbərlər
OTACI