First slide

İlqar Rəhimov IBSA-nın vitse-prezidenti seçilib

11 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimovun rəhbərliyi altında Azərbaycan nümayəndə heyəti İordaniya Haşimilər Krallığında keçirilən Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Asossiyasiyasının hesabat-seçki konfransında iştirak edib.

MPK-dan verilən məlumata görə, konfransda vitse-prezident vəzifəsinə namizəd kimi çıxış edən İ.Rəhimov öz seçki platforması barədə danışıb. O, bildirib ki, IBSA-nın dəyərlərinin müxtəlif ölkələr arasında təbliğinə, qurum üzvlərinin daha sıx və səmərəli əməkdaşlığının təşkilinə öz töhfəsini verəcək.

Daha sonra İ.Rəhimov Azərbaycanda idmana, xüsusilə paralimpiya hərəkatına dövlətin göstərdiyi diqqət və qayğıdan bəhs edib, görmə məhdudiyyətli şəxslərin idmana cəlb olunması, onlar üçün müyəssər mühitin yaradılması, işlə təminatı və digər sosial problemlərinin həll olunması üçün bir çox layihələr həyata keçirildiyini söyləyib. Eyni zamanda əsas məqsədin fiziki və görmə məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyasını daha da artırmaqdan ibarət olduğunu qeyd edib.

İ.Rəhimov 2015-ci ildə I Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları və müxtəlif illərdə Azərbaycanda görmə məhdudiyyətli şəxslərin iştirakı ilə beynəlxalq yarışların keçirildiyini xatırladaraq, gələcəkdə də ölkənın bu tədbirlərə ev sahibliyi etməyə hazır olduğunu vurğulayıb.

Çıxışlardan sonra seçkilər baş tutub və İlqar Rəhimov IBSA-nın vitse-prezidenti vəzifəsinə seçilib.

Oxşar xəbərlər
OTACI
OTACI