First slide

"Yeni Klinika": "Elnur Əşrəfoğlunun vəziyyəti kritik ağırdır"

11 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Koronavirusa yoluxan tanınmış jurnalist Elnur Əşrəfoğlunun son durumu açıqlanıb.

"Yeni Klinika"dan Press.az-a bildirilib ki, jurnalist ECMO cihazından ayrılıb.

"Lakin onun ağciyərləri funksional deyil. Vəziyyəti hazırda kritik ağırdır", - xəstəxanadan bildirilib.

Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb.

Oxşar xəbərlər
OTACI
OTACI