Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyəni bilərəkdən bundan məhrum etdilər - Ağar

11 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Türkiyə birbaşa müttəfiqləri tərəfindən bilərəkdən və sistemli bir şəkildə Hava Hücumundan Müdafiə Sistemlərindən məhrum edildi. Türk dövlətinin qarşılaşdığı təhdidlər və rəsmi Ankaranın bu istiqamətdə apardığı mübarizə tədbirləri çılpaq bir gerçəyi Türkiyəyə göstərdi”.

Bunu Press.az-a açıqlamasında Türkiyənin terror və təhlükəsizlik məsələləri üzrə eksperti Abdullah Ağar deyib.

Ekspert bildirib ki, həqiqi mübarizədə hava hücumundan müdafiə və hücum əməliyyatları sistemləri olmadan hər hansı bir savaşda qələbə qazanmaq mümkün deyil:

“Bu sistemlər olmadan hədəflərə çatmaq mümkün görünmür. Bu baxımdan “SİPER” başda olmaqla mərhələli və çoxpilləli istiqamətlərdə hava hücumundan müdafiə və hava hücumu sistemlərinə sahib olmaq çox önəmlidir. Hətta deyərdim ki, həyati dəyərə sahibdir. Çünki elektronik müharibələr onlarsız mümkün deyil”.

Oxşar xəbərlər
OTACI