Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Erasmus Tələbə Şəbəkəsi – Azərbaycan” ictimai birliyinin Ümumi Yığıncağı keçirilib

11 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Oktyabrın 10-da “Erasmus Tələbə Şəbəkəsi – Azərbaycan” ictimai birliyinin Ümumi Yığıncağı keçirilib. Yığıncaqda birliyin idarə heyəti, üzvləri və könüllüləri iştirak edib. Hesabat məruzəsi ilə başlayan görüşdə təşkilatın idarə heyətinin üzvləri birliyin ötən ildəki fəaliyyəti barəsində hesabat verib. Daha sonra isə mövcud layihər, gələcək planlar haqqında qarşılıqlı müzakirələr aparılıb və növbəti illər üçün yeni strateji hədəflər müəyyən olunub.

Press.az xəbər verir ki, sonrakı mərhələdə təşkilatın növbəti idarə heyəti üçün seçkilər keçirilib. Seçkilərin nəticəsinə əsasən Əli Tağıyev birliyin sədri, Orduxan Qəhrəmanzadə birliyin sədrinin müavini, Ramiyə Şahgəldiyeva isə Erasmus Tələbə Şəbəkəsinin Azərbaycan üzrə milli nümayəndəsi və prezidenti seçilib. Bundan əlavə Ümumi Yığıncaqda İsmayıl Hüseynov, Sofiya Sayadzadə və Emin Bayramlı da milli nümayəndəliyin idarə heyətinə üzv seçiliblər.

Xatırladaq ki, Erasmus Tələbə Şəbəkəsinin Azərbaycan nümayəndəliyi  2016-ci ildə təşəbbüs qrupu olaraq yaradılıb, 2019-cu ildə isə rəsmi qeydiyyata alınıb. Təşkilat beynəlxalq Erasmus Tələbə Şəbəkəsinin və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının tamhüquqlu üzvüdür. Birliyin əsas fəaliyyət sahəsi gənclərin Erasmus+ və digər proqramlar vasitəsi ilə xaricdə təhsil almasına və təcrübə qazanmasına dəstək olmaq, Erasmus+ proqramının məzunları arasında əlaqə yaratmaq, beynəlxalq könüllülük proqramlarını təşviq etmək, inkluziv təhsilin inkişafına töhfə vermək, əcnəbi tələbələrin (gənclərin) ölkəmizdə sosial və mədəni  inteqrasiyasına yardım etməkdən ibarətdir.

Hazırda Erasmus Tələbə Şəbəkəsi (Erasmus Student Network)  42 ölkədə 1000-dən çox ali təhsil müəssisəsində təmsil olunur. Əhatə dairəsini daim genişləndirən Şəbəkənin 40 minədək fəal üzvü var. ETŞ hər il “Erasmus+” və digər proqramları ilə müxtəlif ölkələrdə təhsil alan 350 mindən çox gəncə xidmət göstərir. Təşkilatın baş ofisi Belçikanın paytaxtı olan Brüssel şəhərində yerləşir.

 

Oxşar xəbərlər
OTACI