Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Daha bir deputat 18 oktyabrın qeyri-iş günü olmasını təklif edib

11 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Ümid edirəm ki, Nazirlər Kabineti 28 May - Müstəqillik Günü və 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü qeyri-iş günü olması barədə qərar qəbul edəcək”.

Press.az xəbərinə görə, bunu Milli Məclisin deputatı Tahir Kərimli parlamentin bu gün keçirilən plenar iclasında “Müstəqlillik Günü haqqında” qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı deyib.

Deputat xatırladıb ki, 1991-ci ilin 18 oktyabrında "Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı"nın qəbul olunması əslində dövlət müstəqilliyinin bərpasıdır: "O vaxt hazırlanma prosesində tələskənlik olduğundan ad düzgün ifadə olunmayıb. Əslində, 30 avqust tarixində biz "Azərbaycan Dövlət Müstəqilliyinin Bərpası haqqında Bəyannamə" qəbul etmişdik. Yəni, Müstəqilliyin Bərpası Günü hələ 1991-ci ildə qəbul olunmuş bəyannamədir”.

Oxşar xəbərlər
OTACI