Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İnsan alveri ilə məşğul olan qadına 7 il həbs cəzası verildi

11 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi insan alveri ilə məşğul olan Quba şəhər sakinini həbs edib.

Press.az xəbər verir ki, Quba şəhər sakini Məmmədova Zeynəb Əlibaba qızının Azərbaycan Respublikasının vətəndaşı olan qadınları ölkə xaricinə apararaq cinsi istismara məruz qoyması faktı DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ifşa edilib.

Faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilmiş məhkəmənin hökmünə əsasən Məmmədova Zeynəb Əlibaba qızı Cinayət Məcəlləsinin 144-1.1, 243.1 və 244.1-ci maddələri ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Oxşar xəbərlər
OTACI