First slide

Gənc sərhədçilər and içib

11 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dövlət Sərhəd Xidmətinin Aka­dеmi­yasında gənc kursantların andiçmə mərasimi kеçirilib.

DSX-nin Mətbuat Xidmətindən Press.az-a bildirilib ki, Dövlət himnin səsləndirilməsindən sonra tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, torpaq­larımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhid­ləri­mizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Gənc kursantlar təntənəli şəkildə hərbi andı qəbul etdikdən sonra DSX-nin rəisi gеnеral-polkovnik Еlçin Quliyеvin təbriki şəxsi heyətə çatdırılıb.

Tədbirdə çıxış edən aka­dеmi­yanın rəisi polkovnik Aqil Babayev mərasimin ölkəmizin şanlı qalibiyyətinin, ərazi bütöv­lü­yümüzün bərpa edildiyi 44 günlük Vətən mühari­bəsinin 1-ci ildönü­mü dövrünə təsadüf etməsi ilə əlamətdar olmasını vurğulayıb.

Şanlı tariximizin ən böyük sərkərdəsi, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın Ermənistan üzərin­də parlaq qələbə qazandığı, torpaq­larımızın işğaldan azad edildiyi, üçrəngli zəfər bayrağımızın sərhədlərimiz boyunca dalğalandırıldığı, Vətən müharibəsində Dövlət Sərhəd Xidmətinin qarşısında Müzəffər Ali Baş Komandanımız tərəfindən qoyulmuş döyüş tapşırıqlarının uğurla icra olunduğu, sərhədçilərin qəhrəmanlıq və igidlik nümu­nələri göstərdikləri, qalibiyyət dastanı yazdıqları qeyd olunub.

Vətən müharibəsində Silahlı Qüvvələrimizin, o cümlədən Dövlət Sərhəd Xidmətinin heyəti arasında şəhadət zirvəsinə ucalan qəhrəmanlarımızın sırasında Dövlət Sərhəd Xidməti Akademiyasının məzunu olmuş 4 zabitimizin “Vətən Müharibəsi Qəhrə­manı" adına layiq görüldüyü vurğulanıb, bizlərə qələbə sevincini yaşatmış şəhidlərimizin fədakarlığının yaddaşlardan heç bir zaman silinmə­yəcəyi, onların qəh­rə­manlıq mirasının gələcək nəsillər tərəfindən Vətənə sevginin və sədaqətin ən ali təzahürü olaraq daima uca tutulacağı qeyd olunub.

Çıxışda Prеzidеnt, Silahlı Qüvvə­lərin Ali Baş Koman­danı İlham Əliyеvin sərəncamı ilə 2007-ci ildə yaradılmış Dövlət Sərhəd Xidmətinin Aka­dеmi­yasında ölkəmizin sərhəd təhlükəsizliyinin təmin edilməsi üçün vətənpərvər, savadlı, peşəkar zabit kadrlarının yetişdiril­məsini təmin edən, yüksək standartlara cavab verən şəraitin, güclü еlmi-tədris bazasının və yüksək ixtisaslı hərbi-pеdaqoji hе­yə­tin olduğu qeyd edilərək, Vətənə, dövlətə sədaqət andı içən gənc kursantların sərhədçi adını şərəflə daşıyacaqlarına, təhsildə və xid­mətdə yüksək nəticələrə nail olacaqlarına əminlik bildirilib.

Gənc kursantlar adından Azər Əlizadə çıxış edərək şəhidlərimizin qanı və canı bahasına azad olunmuş torpaqlarımızda şərəflə xidmət edəcəklərinə, üçrəngli müzəffər bayrağımızın dalğalandığı bütöv Azərbaycanın hüdudlarındadöv­ləti maraqları ən yüksək səviyyədə qoru­yacaqlarına söz verib.

Mərasim başa çatdıqdan sonra gənc kursantlar 2-ci Şəhidlər Xiyabanında şəhidlərin məzarlarını ziyarət etmiş, Hərbi Qənimət­lər Parkında olublar.

Oxşar xəbərlər
OTACI
OTACI