Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Baş Prokurorluq: "Gəncə terrorunun təqsirkarlarının məsuliyyətə cəlb edilməsi üçün tədbirlər davam etdirilir

11 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Baş Prokurorluq İkinci Qarabağ müharibəsində Ermənistan Silahlı Qüvvələrinin Gəncə şəhərini növbəti dəfə raket atəşinə tutmasının ildönümü ilə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən Press.az-a daxil olan məlumatda deyilir:

"Ermənistan Silahlı Qüvvələri tərəfindən sülh və insanlıq əleyhinə cinayətlər törədilməklə mülki əhalinin sıx yaşadığı Azərbaycanın 2-ci böyük şəhəri olan qədim Gəncə raket atəşinə tutulub. Təqsirkar şəxslərin beynəlxalq müstəvidə məsuliyyətə cəlb edilməsindən ötrü lazımi tədbirlərin görülməsi davam etdirilir. Gəncə şəhərinin ağır artilleriyadan atəşə tutulması nəticəsində həlak olmuş soydaşlarımızı hörmətlə anırıq".

Oxşar xəbərlər
OTACI