Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda 18 Oktyabrın qeyri-iş günü olması təklif edilib

11 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanda 18 Oktyabr qeyri-iş günü kimi qeyd edilməlidir.

Press.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Əli Məsimli parlamentin bu gün keçirilən iclasında “Müstəqillik Günü haqqında” qanun layihəsi haqqında müzakirələr zamanı deyib.

O qeyd edib ki, 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününün və 28 May - Müstəqillik Gününün bayram kimi qeyd edilməsi məsələsinə aydınlıq gətirmək lazımdır.

Deputat vurğulayıb ki, hazırkı qanunvericilik aktlarına görə, 18 Oktyabr iş günü, 28 May qeyri-iş günü kimi qeyd olunur: “Bu bayramlar arasında fərq qoyulmasını düzgün hesab etmirəm. 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün hər il dövlət bayramı kimi qeyd edilməsi ilə bağlı fərman var, amma bu günü qeyri-iş günü kimi qeyd etmirdik. Bunu bərpa etməliyik və 18 Oktyabrı da qeyri-iş günü kimi qeyd etməliyik".

Qeyd edək ki, yeni qanun layihəsinə əsasən, 28 May Respublika Gününün Müstəqillik Günü kimi qeyd edilməsi, 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün isə Müstəqilliyin Bərpası Günü kimi adlandırılması nəzərdə tutulur.

Oxşar xəbərlər
OTACI