Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İnnovasiyalar Agentliyi və ABŞ-ın Starta Vençur Kapital Fondu əməkdaşlığa başlayır

11 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Yeni əməkdaşlıq platformasının məqsədi ABŞ-ın biznes ekosisteminə inteqrasiya edə biləcək yerli innovasiya ekosisteminin potensialının artırılmasıdır.

Press.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyi ilə ABŞ-ın Starta Vençur Kapital Fondu arasında innovasiyalar və yüksək texnologiyalar sahəsində Anlaşma Memorandumu imzalanıb. Yeni əməkdaşlıq formatı startap, tələbə və vençur investorlar üçün təlim və akselerasiya proqramların həyata keçirilməsi, layihələrin kommersiyalaşdırılmasını və birgə Vençur Fondun yaradılmasını təmin edəcək.

Virtual imzalanma mərasimində Anlaşma Memorandumunu İnnovasiyalar Agentliyinin İdarə Heyətinin Sədri Tural Kərimli və Starta Kapital Vençur Fondunun direktoru Gabriel Arant imzalayıb.

Tural Kərimli bugünkü imzalanma mərasimi haqqında bildirib:’’ Starta Vençur Kapital Fondu ilə əməkdaşlığı Azərbaycan innovasiya ekosisteminin inkişafı üçün olduqca önəmli mərhələ hesab edirəm. 2022-ci ildən etibarən birgə layihə çərçivəsində Azərbaycan startapları Startanın Akselerasiya proqramında iştirak etmək üçün Nyu-York qərargahına dəvət olunacaqlar. Starta eyni zamanda potensial layihələrə ilkin investisiya yatırmaqla yanaşı Azərbaycan startaplarına Amerika bazarında digər investorlar və müştərilər tapmaqda yaxından köməklik göstərəcəkdir.’’

Görüşdə Starta Vençur Kapital Fondunun yeni bazarların inkişafı Akselerator proqramının rəhbəri və meneceri Renat Khariullin və İnvestisiya analitiki Qüdrət Quliyev iştirak ediblər.

Oxşar xəbərlər
OTACI