Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sahibə Qafarova: “Müstəqillik Günü haqqında” layihənin məqsədi tarixi ədaləti bərpa etməkdir”

11 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Müstəqillik Günü haqqında” yeni qanun layihəsinin əsas məqsədi tarixi ədaləti bərpa etməkdir”.

Press.az-ın xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Qeyd edək ki, layihəyə əsasən, 28 May - Respublika Gününün adı dəyişdirilərək mayın 28-i Müstəqillik Günü, 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün isə adı dəyişdirilərək oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilir.

Həmin günlər isə hər il bayram kimi qeyd olunacaq. Müstəqillik Günü qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü isə iş günü olan bayram sayılacaq.

Oxşar xəbərlər
OTACI