Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Hamilə qadınlardan COVID pasportunun tələb edilməsi məsələsinə aydınlıq gətirilməlidir - Deputat

11 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Peyvəndlərin vacibliyi hər kəsə bəllidir, xüsusən tədris müəssisələrində vaksinasiya mühümdür. Lakin xoş olmayan bir hal var ki, hamilə və ya süd verən qadınların universitetə girişi üçün problemlər yaşanır.

Press.az-ın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

R.Mahmudov bildirib ki, hamilə və ya uşağa süd verən ananın universitetə daxil olması üçün onlardan ya COVID pasportu, ya da ona əks sənəd tələb olunur: “Hamilə qadınlar və uşağa süd verən analar peyvənddən imtina etdiyi üçün onlara əks-göstəriş sertifikatı da vermək mümkün deyil və belə bir xoşagəlmız hal yaranıb. Hətta tanıdığım bir şəxs bu problem səbəbindən tələbə hüququndan imtina edib.

Hamilə qadınların peyvənd olunmasına əks-göstəriş yoxdur, amma onları məcbur da edə bilmərik. Ona görə də həmin insanların universitetlərə daxil olmalarına hansısa formada şərait yaradılmalıdır və ya bu anlaşılmaz vəziyyətə aydınlıq gətirilməlidir”.

Oxşar xəbərlər
OTACI