Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bərdədə restoran inzibatçısı cərimələnib

11 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bərdə Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən şadlıq sarayında pandemiya tələblərinin pozulduğu müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Press.az-a verilən məlumata görə, yoxlamalar zamanı rayon ərazisində yerləşən “Qızıl Tac” şadlıq sarayında keçirilən toy mərasiminin “icazə.e-gov.az” protalında qeydiyyatdan keçmədiyi aşkarlanıb.

Aşkarlanmış qayda pozuntusu ilə əlaqədar restoranın inzibatçısı E.Sultanova İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə 4 000 manat məbləğində protokol tərtib edilib.

Oxşar xəbərlər
OTACI