First slide

Hacı Surxay böyük səs-küy yaradan sözü haqda: “Onların ruhuna dualar oxunur, siz isə toy edirsiniz”

11 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qafqaz Müsəlmanları İdarəsi Qazilər şurasının üzvü hacı Surxay Məmmədli Məhərrəm ayında toy edənlərlə bağlı bir müddət əvvəl səsləndirdiyi və böyük səs-küy doğuran iradına aydınlıq gətirib.

Press.az oxu.az-a istinadən xəbər verir ki, o, Vətən müharibəsinin ildönümünü qeyd etdiyimiz bu günlərdə toy mərasimlərinin keçirilməsinə qarşı çıxıb:

“Məhərrəm ayında qeyrət nümayiş etdirib mənə irad tutanlar, sözüm sizədir:

Bu aylar şəhidlərimizin ildönümü ərəfəsidir, anaların göz yaşları qurumayıb! Hər gün şəhidlərimiz anılır, onların ruhuna dualar oxunur, siz isə toy edirsiniz. Bəs buna sözünüz nədir, bunu kimin adına yazacaqsınız?!”

Hacı Surxayın sözlərinə görə, Məhərrəm ayında toy edənlərə irad bildirməkdə məqsədi bu günlər üçün idi.

“Şəhidlərimizin anım günlərində toy edənlər, bəs buna fikirləriniz necədir? Şəhidlik məktəbindən dərs alan şəhidlərimizin anım gününə hörmət etməyi din tələb etmir, şərəf, ləyaqət və milli kimlik tələb edir. Məhərrəm ayında imamımıza yas tutduğumuz kimi, bu günlərdə də şəhidlərimizi anırıq. Çünki biz milli-mənəvi, dini dəyərlərimizlə yaşayır, onlara hörmət və ehtiram göstəririk”.

Oxşar xəbərlər
OTACI
OTACI