Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Samuxda karantin qaydalarını pozan toy təşkilatçıları cərimələnib

11 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, rayonun Ağasıbəyli, Lək, Qaradağlı, Poylu, Kolayır, Tatlı və Burunqovaq kəndlərində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Press.az-a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, hər 7 ünvanda ev sahibləri 150 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil edib.

Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və mərasim təşkilatçıları barədə inzibati protokol tərtib edib.

Oxşar xəbərlər
OTACI