Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Göygöldə qanunsuz it yarışlarının keçirilməsi nəzarətə götürülüb - DİN

10 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Göygöldə bir qrup şəxs tərəfindən it döyüşləri keçirilib. Pandemiya qaydalarının pozulduğu qanunsuz yarışlara ölkənin müxtəlif bölgələrindən it döyüşdürmək üçün gələn insanlar iştirak edib.

Press.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətubat Xidmətinin Gəncə şəhərindəki regioanal qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov oxu.az-a bildirib ki, sosial şəbəkələrdə bu yarışların Gəncə şəhərində keçirilməsi qeyd olunsa da, yarış Gəncə şəhərində deyil, Göygöl rayonunda keçirilib.

E. Qasımov deyib ki, məsələ ilə bağlı artıq araşdırmalar başlanılıb: “Tezliklə araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

Oxşar xəbərlər
OTACI