Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qazaxda GÜCLÜ YANĞIN: xəsarət alan var

10 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qazax rayonunda baş vermiş yanğın söndürülüb.

Press.az xəbər verir ki, Cəfərli kənd sakininə məxsus fərdi evin həyətində olan 14 ton ot bağlamasından 7 tonu və yaxınlıqda olan ümumi sahəsi 21 kvadratmetr tövlənin 3 kvadratmetr dam örtüyü yanıb.

Yanğın hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşınları və canlı qüvvəsi tərəfindən söndürülüb.

Yaxınlıqda yerləşən digər tikililər yanğından mühafizə olunub. Hadisənin başvermə səbəbləri isə araşdırılır.

Xatırladaq ki, hadisə zamanı 1 nəfər xəsarət alıb.

Oxşar xəbərlər
OTACI