Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Dünya çempionatı: Azərbaycanın yunan-Roma güləşçiləri 4 medal qazanıb-YENİLƏNİB

10 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanı Norveçin paytaxtı Oslodakı dünya çempionatında təmsil edən yunan-Roma güləşçisi Həsrət Cəfərov bürünc medal uğrunda görüşə çıxıb.

Press.az-ın məlumatına görə, 67 kq çəki dərəcəsində yer alan 19 yaşlı pəhləvanın rəqibi Gürcüstan təmsilçisi Ramaz Zoifze olub. Rəqibinə 0:8 hesabı ilə uduzan Cəfərov 5-ci yerlə kifayətlənib.

Beləliklə, Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandası dünya çempionatını 4 medalla başa vurub. Daha əvvəl Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Murad Məmmədov (60 kq) bürünc medal qazanıb. Sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) da bürünc medalla kifayətlənib. Qadın güləşçilərdən isə heç biri medal əldə edə bilməyib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI