First slide

Gürcüstanda 258 məntəqənin səsləri yenidən sayıldı

10 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Mərkəzi Seçki Komissiyasının tövsiyyəsi əsasında dairə seçki komissiyaları ölkə miqyasında 258 məntəqənin nəticələrini yenidən sayıb.

Bu barədə MSK-nın mətbuat xidmətinin rəhbəri, Natia İoseliani keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə əsasən, dünən axşam saatlarında Gürcüstan miqyasında 3 dairə seçki komissiyası (Dmanisi, Çxaltubo, Martvili) istisna olmaqla 68 dairə seçki məntəqəsində ümumilikdə 258 seçki məntəqəsinin nəticələri yenidən sayılıb.

"68 dairə seçki komissiyası MSK rəhbərinin tövsiyyəsi əsasında seçkilərinin müşahidəsi üzrə uzunmüddətli təcrübəyə malik təşkilatlar tərəfindən daha çox şikayət ərizələrinin yazıldığı və nəticələrin təkrar sayılmasının istənildiyi məntəqələrin nəticələrinin sayımını həyata keçirdi. Həmin təşkilatlar seçkilərin müşahidəsi üzrə uzunmüddətli təcrübəyə malikdirlər, seçkilər günü genişmiqyaslı müşahidə aparıblar və seçkilərdən sonra hesabat təqdim edirlər.

Nəticələri yenidən sayılan məntəqələr arasında həmçinin qeyd edilən təşkilatlar tərəfindən ərizələrin daxil olmadığı, ancaq yekun protokollarda batil bülletenlərin sayının çoxluq təşkil etdiyi məntəqələr də var,"-deyə İoseliani əlavə edib.

Qeyd edək ki, dairə seçki komissiyaları 9 oktayabradək nəznlərində fəaliyət göstərən məntəqə seçki komissiyalarından 5-nin səslərini təsadüfi seçim üsulu ilə yenidən sayıb. Məlum olub ki, protokolların 66,7%-də heç bir səhflik yoxdur. 121 məntəqənin yekun protokolunda kiçik səhflər üzə çıxıb və yenidən sayım əsasında sözügedən qüsurlar düzəldilib. Ümumilikdə yekun nəticələrə təsir edə biləcək dərəcədə ciddi səhflər qeydə alınmayıb.

publika.az

Oxşar xəbərlər
OTACI
OTACI