Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İraqda seçki məntəqəsi atəşə tutuldu

10 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İraqın Diyala vilayətinin Əl-Sədiyyə bölgəsindəki seçki məntəqəsi avtomat silahlardan atəşə tutulub.

Məntəqədən bir qədər uzaq məsafədə dayanan avtomobildən açılan aramsız atəş nəticəsində iki polis əməkdaşı yaralanıb. Təhlükəsizlik xidmətinin əsgərləri tərəfindən qarşılıqlı atəşə tuş gələn cinayətkarlar dərhal hadisə yerini tərk ediblər.

Polis və xüsusi xidmət orqanları genişmiqyaslı əməliyyata başlayaraq məntəqəni atəşə tutanları axtarmağa başlayıb.

Qeyd edək ki, bu gün İraqda növbədənkənar parlament seçkiləri keçirilir. Parlament seçkilərində 167 partiyadan 3 min 249 namizəd iştirak edir. Seçki məntəqələri yerli vaxtla saat 07:00 açılıb və 18:00 bağlanacaq.

İraqın Mərkəzi Seçki Qərargahının verdiyi məlumata əsasən əhalinin 69 faizi səsvermədə iştirak edib.

publika.az

Oxşar xəbərlər
OTACI