Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Neymar millidən gedəcəyi vaxtı açıqladı

10 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Braziliya millisinin hücumçusu Neymar yığmadağı karyerasını bitirəcəyi vaxtı açıqlayıb.

Press.az xəbər verir ki, PSJ-nin futbolçusu "goal.com"a müsahibəsində DÇ-2022-dən sonra millidəki karyerasını başa vuracağını deyib:

"Düşünürəm ki, 2022-ci il dünya çempionatı mənim üçün sonuncu olacaq. Futbola davam etmək üçün kifayət qədər gücüm olub -olmadığını bilmirəm. Qarşıdakı dünya çempionatında yaxşı çıxış etmək və yığma ilə qalib olaraq, uşaqlıq arzumu gerçəkləşdirmək üçün hər şeyi edəcəyəm. Ümidvaram ki, bizdə hər şey alınacaq".

Qeyd edək ki, Neymar Braziliya millisində 2010-cu ildən çıxış edir. O, 2016-cı ildə olimpiya çempionu, 2013-cü ildə Konfederasiyalar Kubokunun qalibi olub.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI