Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bədavi Hüseynov nə vaxt sıraya dönür? - Özü açıqladı

10 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Qarabağ"ın futbolçusu Bədavi Hüseynov klubun saytına açıqlama verib.

Press.az xəbər verir ki, uzun müddət zədədən əziyyət çəkən, fərdi məşqlərini davam etdirən müdafiəçi bərpa prosesindən danışıb:

“Bu, hər bir futbolçu üçün ən ağır zədələrdən biridir. Sağalması, tam bərpası üçün çox vaxt lazım gəlir. Bəzən hər gün eyni hərəkətləri etmək insanı yorur. Bunun üçün psixoloji cəhətdən də hazır olmalısan. Şükürlər olsun ki, indi özümü yaxşı hiss edirəm. Çətin günlər demək olar ki, geridə qalıb. Mən bir dəfə də bu zədədən əziyyət çəkdiyim üçün nə etmək lazım olduğunu bilirəm. Yolun yarısını artıq qət etmişəm. İndi həkim nəzarətində fərdi qaydada bərpa məşqlərini keçirik. Həkimlərimiz noyabrın sonlarında komanda ilə birgə məşq etməyə hazır olacağımı deyirlər. Ümid edirəm ki, “Qarabağ” uğurlu çıxışını həm Avrokuboklarda, həm də Azərbaycan çempionatında davam etdirəcək. Özümə isə tezliklə sıraya qayıtmağı arzulayıram”.

Qeyd edək ki, Bədavi Hüseynov bu ilin iyun ayında millimizin heyətində Moldova ilə keçirilən yoxlama matçında ayağından zədə almışdı.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI