Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Polisin ölümü ilə bağlı Baş Prokurorluğun MƏLUMATI

10 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Baş Prokurorluq Cəbrayıl Rayon Polis Şöbəsinin polis serjantı Toğrul Mədətlinin bədbəxt hadisə nəticəsində ölümü ilə bağlı məlumat yayıb. 

Prokurorluğun M\tbuat Xidmətindən Press.az-a verilən məlumata görə, oktyabrın 10-da saat 02 radələrində 1998-ci il təvəllüdlü Cəbrayıl Rayon Polis Şöbəsinin polis serjantı Toğrul Mədətlinin meyitinin Xocavənd rayonunun Binə Dərəsi kəndi ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla müəyyən edilib ki, Toğrul Mədətli xidmətdən kənar vaxtda istintaqa məlum olmayan səbəbdən Xocavənd rayonuna getmiş və rayonun Binə Dərəsi kəndi ərazisində elektrik cərəyanı vurması səbəbindən ölüb.

Faktla bağlı hazırda Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI