First slide

Prezident Hadrutda yeni məscidin təməlini qoydu - Fotolar + Yenilənib

10 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər edib.

Press.az xəbər verir ki, dövlətimizin başçısı Hadrut qəsəbəsində yeni məscidin təməlini qoydu.

Məlumat verildi ki, Hadrut qəsəbəsində yerli əhali üçün inşa ediləcək məscidin minarəsi 26 metr olacaq. Eyni vaxtda 250 nəfərin ibadəti üçün nəzərdə tutulan məscidin ikinci mərtəbəsində qadınların ibadət otağı yerləşəcək. Məscidin fasadında xüsusi bəzək elementlərindən istifadə olunacaq.

2021-10-09 16:27

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfəri çərçivəsində Hadrut qəsəbəsində yeni məscidin təməlini qoyub.

Press.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Oxşar xəbərlər
OTACI
OTACI