First slide

Ronaldodan iki rekord

10 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo Qətərlə yoldaşlıq oyununda (3:0) yeni rekordlara imza atıb.

Press.az xəbər verir ki, 36 yaşlı hücumçu yığmada 181-ci oyununa çıxıb. Bu, Avropada rekord göstəricidir.  O, İspaniya millisinin kapitanı Serxio Ramosu qabaqlayıb.

Bu göstəricidə dünya üzrə rekord malayziyalı hücumçu Çox Çin Auna məxsusdur. O, millinin heyətində 195 oyun keçirib.

Eyni zamanda Ronaldo milli komandanın heyətində 46-cı müxtəlif yığmanın qapısına qol vurub. Bu da dünya rekordudur.

Oxşar xəbərlər
Category news

video_icon

tr_star

16 Oct 2021

OTACI
OTACI